Erməni xalqının “dost” seçmək bacarıqsızlığı RƏQƏMLƏRLƏ

Erməni xalqının “dost” seçmək bacarıqsızlığı RƏQƏMLƏRLƏ

2019-cu ildə İrəvanda keçirilmiş sorğunun nəticələrinə görə respondentlərin 47%-i Rusiyanı, 12%-i isə Fransanı Ermənistanın ən yaxın dostu hesab edirdilər.

SİA xəbər verir ki, eyni sorğu 2021-ci ilin oktyabr-noyabr aylarında da keçirilib və həmin vaxtda Ermənistan respondentlərinin 35%-i Rusiyanı, 43%-i isə Fransanı özlərinə yaxın dost sayıblar.

Göründüyü kimi, bu kimi fikir dəyişkənliklərinin kökündə ermənilərin yalnız fərdi və məqsədli hədəfləri dayanır və bu reallıq özünü son zamanlar daha çox göstərdi. Bu günə qədər Ermənistanın qeyri-müəyyən əhalisi daha hansı ölkələri özünə dost elan etdikdən sonra qeyri-dostlara çevirməyiblər ki? Misal üçün, son vaxtlar ermənilər ABŞ-ı, Çin-i, hətta 30 il onlara nəfəs borusu olan İranı, eləcə də tarixi məskənləri - Hindistanı artıq özlərinə “dost” hesab etmirlər.

Ancaq maraqlı məqamlardan biri də budur ki, bu kimi sorğularda rəqabəti ən çox Rusiya ilə Fransa aparır, yəni hər ölkə özünə görə “dost” seçilir. Lakin təəssüf ki, Ermənistan əhalisi, ictimai və siyasi rəyi hələ də anlaya bilməyiblər ki, onlar, ilk növbədə, öz yaxın qonşuları ilə dostluq etməlidirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə