Bunların qarşısını almaq üçün ayıq-sayıq olmalıyıq - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və Ermənistan sərhədindəki gərginliyin əsas səbəbi Ermənistanın hər zaman dövlət səviyyəli görüşlərdən öncə hərbi təxribatlar keçirməsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, buna bir neçə dövlət səviyyəli görüşləri misal göstərmək olar: "Soçi və Stokholumda keçirilmiş görüşlər öncəsi baş vermiş hərbi təxribatlar bunun bariz nümunəsidir. Ermənistan tərəfi davamlı olaraq diplomatik və siyasi müstəvidə müxtəlif cür əməllərə əl atırlar. Bu gün Brüsseldə hər iki dövlətin nümayəndələri arasında görüş keçiriləcək. Bu o deməkdir ki, mənfur düşmən yenidən hərbi təxribatlar törədə bilər. Ona görə də Azərbaycan Silahlı Qüvvələri hər an hazır olmalıdırlar. Havaların soyuq keçməsi, gərgin küləyin olması və Laçın, Kəlbəcər rayonlarının qara bürünməsi nəticəsində Ermənistan silahlı qüvvələri yaranmış siyasi sahədə olan canlanmadan istifadə edərək Azərbaycanın suveren ərazilərinə soxula bilərlər. Bütün bunların qarşısını almaq üçün ayıq-sayıq olmalıyıq".
Politoloq həmçinin onu da qeyd edib ki, geniş yayılmış versiyalardan biri də Ermənistan silahlı qüvvələri daxilində Müdafiə Nazirliyində mərkəzi komandanlığa tabe olmayan qüvvələr var: "Belə qüvvələr revanşistlər adlanır, onlar həm Müdafiə Nazirliyinin nüfuzunu aşağı salmaq, həm də bu cür təxribatlarla ölkənin siyasi gündəliyinə təsir edərək Ermənistanı pis vəziyyətdə qoymaq istəyirlər. Lakin istənilən halda Müdafiə Nazirliyi eləcə də Ermənistanın siyasi rəhbərliyi bu təxribatların qarşısını bir mənalı şəkildə almalıdır ki, yenidən Ermənistan və Azərbaycan arasında eskolasiya ssenarisi yaranmasın".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB