Brüssel İrəvan üçün sonuncu hədd ola bilərmi? ANALİTİKA+AKTUAL

Brüssel İrəvan üçün sonuncu hədd ola bilərmi? ANALİTİKA+AKTUAL

Əgər Nikol Paşinyan kompromislərə getməzsə və inadkarlığını davam etdirərsə növbəti böyük itkilərdən qurtula bilməyəcək

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində keçiriləcək altıncı sammitdə iştirak etmək üçün Brüsselə səfər edib. Səfər çərçivəsində ölkə başçımızın Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün keçirilməsi planlaşdırılır. Bəs bu görüşün nəticələri nəyə hesablanıb? Ümumiyyətlə, hər hansı bir yekun nəticəyə gəlmək mümkündürmü? Yaxud, Ermənistan nə zamana qədər yersiz və mənasız inadkarlığını yürüdəcək?

Məlumdur ki, görüşün əvvəlcə Avropa İttifaqının rəhbəri Şarl Mişellə, yəni üçtərəfli keçiriləcəyi müəyyənləşdirilmişdi. Buna qədər isə Mişelin ayrı-ayrılıqda Əliyevlə və Paşinyanla görüşlərinin də keçirilməsi istər həmin görüşə qədər, istərsə də görüşdən sonra ən çox müzakirə olunacaq mövzulardandır. Lakin ən maraqlı məqam Aİ şahidləri olmadan, yalnız Azərbaycan və Ermənistan dövlət başçılarının ikitərəfli görüş keçirilmələridir.

Soçi görüşündən sonrakı proseslər söz yox ki, Rusiyanın Ermənistana qarşı qıcıqlanmasına da səbəb olmaqdadır

Çərşənbə günü, daha dəqiqi isə Şərq Tərəfdaşlığı sammitindən sonra baş tutacaq İlham Əliyev-Nikol Paşinyan görüşünün nəticələrinin nə ilə başa çatacağı ictiami maraq dairəsindədir. Belə ki, iki ölkənin liderləri ilk dəfə tet-a-tet şəklində görüş keçirəcəklər.

Bununla yanaşı, görrüşdən sonra məhz erməni mediasında nə qədər konspirologiyanın olacağını da təsəvvürə gətirmək elə də çətin deyil. Xatırladaq ki, konspirologiya bir-biri ilə əlaqəli olmayan faktlar arasında bağlılığın mövcudluğu anlamını daşıyır.

Digər tərəfdən, Brüssel görüşünə maraq daha bir situasiyada özünü göstərir: Bu, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçi görüşündə əldə olunmuş razılaşmalardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın həmin razılaşmalara qarşı inadkarlıqla əməl etməməsidir. Hökumətlərarası komsissiya isə dekabrın 1-də ortaq məxrəcə gələ bilməyib, halbuki bu görüşü də Rusiyanın dövlət başçısı anons etmişdi. Yəni ortada qeyri-müəyyənlik mövcuddur, üstəlik Moskvanın cəhdləri Brüssel qarşısında üstünlük əldə edə bilməyib. Həmin görüşdən sonra Rusiyanın XİN rəhbəri Sergey Lavrov da erməni həmkarı Ararat Mirzoyana telefon zəngi edərək qəbul olunmuş razılaşmalara əməl edilməli olduğunu sərt şəkildə vurğulamışdı. Yəni Soçi görüşündən sonrakı proseslər söz yox ki, Rusiyanın Ermənistana qarşı qıcıqlanmasına da səbəb olmaqdadır.

Əbəs deyil ki, Brüssel görüşündən əvvəlki ərəfələrdə dövlət başçımız Qubaya etdiyi səfəri zamanı erməni baş nazirə xəbərdarlıq edib, ona barmaq silkələmişdi

Nəzərə alsaq ki, Azərbaycanın da səbri tükənməz deyil, bu zaman Prezident İlham Əliyevin Nikol Paşinyanı hətta Qərbin Bakiya olan təzyiqlərinə rəğmən dalana qısnayacağını gözləməyə dəyər. Əbəs deyil ki, Brüssel görüşündən əvvəlki ərəfələrdə dövlət başçımız Qubaya etdiyi səfəri zamanı erməni baş nazirə xəbərdarlıq edib, ona barmaq silkələmişdi.

Beləliklə, Paşinyan müəyyən mənada öz istəyinə nail olub və Brüssel görüşünə qədər vaxtı uzada bilib. Amma buna rəğmən, Bakı İravanın inadkarlığına rəğmən situasiyanı nəzarətndə saxlamaqda davam edir.

Nə Bakı, nə də Moskva İrəvana bu komfortu bəxş etmək fikrində deyil

Qərbin uşğağı olan Paşnyan Avropa istiqamətindən gələn sifarişlərə əməl etməyinə edir, amma son nəticədə Qərbin ona lazım olan bütün dəstək imkanlarını verə biləcəyi də şübhələr yaradır. Nə Bakı, nə də Moskva İrəvana bu komfortu bəxş etmək fikrində deyil, xüsusilə ortada Şarl Mişelin vasitəçiliyi varsa, Rusiyanın sözügedən məsələdə prosesləri kənardan sakit tərzdə izləməsi inandırıcı görünmür.

Bu gün Ermənistan siyasi rəhbərliyinin özünü Avropanın qucağında tapmasının da nəticələri İrəvanın istədiyi kimi olmayacaq. Misal üçün, Almaniyada Merkelin gedişi və hakimiyyətə yeni koalisiyanın gəlişi, XİN-ə “yaşılların” rəhbərliyi bu ölkənin başını daxili siyasi orientasiyalara qarşıdıracaq və xarici siyasət ikinci plana atılacaq.

Fransada isə Makron faktoru... Seçkiöncəsi rəqabət, ermənipərəst namizədlərin bu xüsusda az qala ekstaz halına düşmələri və əlbəttə ki, ölkədə pandemiyadan və sosial pproblemlərdən soğan çoxkütləli narazılıqlar Parisin də başını ciddi şəkildə ağrıdır.

Ümumilikdə isə Avropada təsiredici liderlərin sayı azalmaqdadır və bu kontekstdə Şarl Mişelin yeri və rolu daha çox görünməyə başlayır.

Avropa İttifaqının rəhbəri Azərbaycanın müstəqil xarici siyasət aparmasının əhəmiyyətini anlayıb

Rusiyanın anti-Qərb ritorikalarına rəğmən Aİ rəhbərinin ötən yayda regiona etdiyi səfərləri onun baş verən prosesləri daha dərindən təhlil etməsinə şərait yaratdı, xüsusilə Azərbaycanın müstəqil xarici siyasət aparmasının əhəmiyyətini anladı. Və...

Və bütün bunlardan sonra Brüssel görüşünün təşkilini Ermənistanın Avropa siyasəti səviyyəsində tam olmasa da, müəyyən dərəcədə sülhə məcbur edilməsi mərhələsi kimi də analiz etmək mümkündür. İstisna etmək olmaz ki, Paşinyan Brüssel görüşündən sonra “Avropa da dobro verdi” deyərək kommunikasiyaların açılmasna və sərhədlərin delimitasiya-demarkasiya prosesinin başlanmasına razı olduğunu bəyan edə bilər. Daha dəqiq desək, Nikol Paşinyan İlham Əliyevlə ikitərəfli görüşündən sonra sözügedən vasitə ilə Ermənistanda ona qarşı çıxan rusiyapərəst və qərbyönümlü müxalifəti də neytrallaşdıra bilər. Yəni həm Rusiya, həm də Avropa onun bu siyasətinə dəstək göstərir.

Rövşən RƏSULOV

P.S. Təbii ki, Bakının itirəcəyi heç nəyi yoxdur və bu proseslərdən yalnız siyasi üstünlük əldə edir, halbuki Brüsel görüşü İrəvan üçün növbəti və hətta sonuncu şansdır. Əgər Nikol Paşinyan kompromislərə getməzsə və inadkarlığını davam etdirərsə növbəti böyük itkilərdən qurtula bilməyəcək. Bizdən isə prosesləri izləmək və proqnozların özünü nə qədər doğruldacağını gözləmək qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə