AP agentliyi ABŞ-ı jurnalistləri təqibdə suçlayıb İTTİHAM

AP agentliyi ABŞ-ı jurnalistləri təqibdə suçlayıb İTTİHAM

Associated Press informasiya agentliyi ABŞ-ın daxili təhlükəsizlik nazirliyindən izahat tələb edib. SİA xəbər verir ki, buna səbəb hökumətin beynəlxalq terrorçuların izləməsi üçün gizli saxlanılan məlumat bazalarından istifadə olunması məqsədi ilə jurnalistlərin fəaliyyətinin araşdırılmasıdır.

İnformasiya agentliyinin icraçı direktoru Culi Peys öz məktubunda təhlükəsizlik nazirliyindən daxili təhlükəsizlik inspektorunun məruzəsində göstərildiyi kimi, Tramp administrasiyasının iqtidarda olduğu müddətdə jurnalist Marta Mendosun adının sözügedən məlumat bazasında nəyə görə “potensial konfidensial informator” qismində qeydə alıması ilə bağlı izahatın verilməsini tələb edib.

“Bu, federal idarənin öz səlahiyyətlərindən jurnalistlərin əlaqələrini yoxlamaq üçün istifadə etdirmələrinə danılmaz nümunədir. Halbuki baş inspektorun məruzəsində göstərilən fəaliyyət addımları əvvəlki administrasiya zamanı atılıb və bu, adi praktika kimi göstərilib”, deyə Peys bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə