YAP Nəsimi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib FOTOLAR

YAP Nəsimi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, millət vəkili, Şahin İsmayılovun iştirakı ilə görüş keçirilib. Öncə tədbir iştirakçıları təşkilatın foyesindəki Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, bugünlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının Dahi Oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini yad edirik: "Əslində, Ulu Öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq". A.Süleümanov xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolunun danılmaz olduğunu bildirərək, onların öz xalqlarını çətin vəziyyətdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olduqlarını deyib: "Bu baxımdan, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını, məhz Heydər Əliyev yaradıb".

Millət vəkili Sadiq Qurbanov çıxışında Dahi Şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması, məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Millət vəkili Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən millət vəkili Şahin İsmayılov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir, müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. O qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

Tədbirdə həmçinin, YAP Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədr müavini Tamilla Naibova çıxış edərək, Ulu Öndərimiz xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə