Alen Simonyan "dimdiyindən ilişdi"

Ermənistan parlamentinin spikeri Alen Simonyan əsir və itkin düşmüş əsgərlərin yaxınları ilə görüşün yekunlarına dair özünün facebook səhifəsində qısa qeydlər yerləşdirib və bütün iştirakçılara təşəkkür edib.

"Ermənistan bütün məhbusların sağ-salamat qaytarılması üçün addımlar atmağa davam edəcək. Bütün uşaqları sağ-salamat geri qaytarmaq üçün səylərimiz dayanmayıb və dayanmayacaq”.

O, həmçinin görüş iştirakçılarına təşəkkürünü bildirib.

Daha əvvəl Ermənistan parlamenti sədrinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib ki, spikerlə hərbçilərin yaxınları arasında görüşdə 10 nəfər iştirak edib. Onlar öz suallarını verib və bir sıra problemləri müzakirə ediblər, tərəflər görüşün təfərrüatlarını açıqlamamağa razılaşıblar.

Dekabrın 7-dən Parlamentin binası yaxınlığında məhbusların və itkin düşmüş hərbçilərin yaxınlarının təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları məhbuslarla bağlı açıqlamaları onların yaxınlarını qəzəbləndirən parlamentin sədri Alen Simonyanla görüş tələb ediblər. həmin gün sosial şəbəkələrdə Ermənistan parlamentinin rəhbərinin “onun üçün artıq məhbus yoxdur” dediyi video yayılıb. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə atıb, qaçıblar və itiblər, nəticədə əsir düşüblər. Spikerin özü jurnalistlərə videonun montaj edildiyini və ifadələrinin kontekstdən çıxarıldığını izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...