Zəfər paradında tarixi anların şahidi olduq

Ali Baş Komandan İlham Əliyev: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Vaxti ilə torpaqlarımız işğal altında olarkən cənab İlham Əliyev tərəfindən səsləndirilmiş bu fikirləri o vaxt çoxları gerçəklik kimi qəbul etmirdi. Lakin cənab İlham Əliyev bütün mötəbər kürsülərdən Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq nidasını haykırırdı. Bu gəlişi gözəl sözlər deyildi. Ölkənin rəhbəri, Silahlı Qüvələrirn Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Lakin məğlubiyyətlə barışmazlıq təkcə yetərli deyildi. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbr və mətanətlə bərabər xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi.

1) Güclü iqtisadiyyat,

2) Güclü ordu,

3) Vətənpərvər gənclik.

Təsadüfi deyil ki, Ümummili lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdi” şüarını söyləmiş və bu starteji hədəfə çatmaq üçün yaratdığı münbit şəraiti uğurla öz siyasi varisinə ötürmüşdür. Şübhəsiz ki, ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlara təhciz edə bilməzdik. Həmçinin Azərbaycan düzgün qurulmuş neft startegiyası sayəsində Ermənistan regionda həyata keçirilən taransmilli layihələrdən kənarda qaldı və təcrid edildi.

Ordu quruculuğunun təməl daşları Heydər Əliyev tərəfindən düzgün müəyyən edilməsi, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi. Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşan cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışaraq bu missiyanı ləyaqətlə yerinə yetirmişlər. Vətənpərvər gəncliyin yetişməsi və bu konteksdə hərbi potensialının gücləndirilməsi daimi dövlətimizin diqqət mərkəzində olmuşdur. Eyni zamanda ordumuzun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan Ümummilli Lider Heydər Əliyevin xidməti müstəsna əhəmiyyətə malikdir. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş Azərbaycan Respublikası, müstəqliyinin ilk illərində oktyabrın 9-nu “Ordu günü” kimi qeyd etsə də, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 22 may 1998-ci il tarixində Fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun yaradıldığı, 26 iyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan etmişdir.

Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində olmuşdur. Bu mənəvi tərbiyə 44 günülük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi. Cənab Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi “mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikirlərinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi idi. Azərbaycan hərbi tarixinin öyrənilməsi məsələsini daimi diqqət mərkəzində saxlayan cənab İlham Əliyev 20 noyabr 2014-cü il tarixdə görkəmli hərbi xadim Əlağa Şıxlınskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Fərmanında bildirir: “XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir”.

Prezident İlham Əliyevin 29 sentaybr 2015-ci il tarixdə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında qeyd edir: “General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir”.

Azərbaycan hərbi tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin soy-kokümüzə tarixi ənənələrimizə sonsuz ehtiramın nümüunəsidir.

Bütün bunlar tarixi Zəfərin təsdüfi olmadığını və bu QƏLƏBƏYƏ həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.

Ulu Öndər bu günləri görürmüş kimi cənab İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərı bir qiymətli olaraq həyatda öz əksini tapdı. Ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Heydər Əliyevin xalqımızın xöşbəxt gələcəyinə hesablanmış siyasətinin ardıcıl olaraq uğurla davam etdirilməsi şanlı qələbəmizin akkordlarına çevrildi.

Bir il əvvəl keçirilən Zəfər paradında çıxış edən İlham Əliyev: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu!”.

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”;

Zəfər paradında tarixi anların şahidi olduq. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək paradda nümayiş edirildi.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər Paradının ən təsirli və yadda qalan anlarından biri də qardaş Türk xaqlının şanlı ordusunun iştirakı idi. Türk əsgərləri həm də şəhidlərimizin rəmzinə çevrildi.44 Günlük Vətən müharibəsində 2783 Azərbaycan əsgəri şəhid olmuşdur. Məhz Zəfər Paradında 2783 Türk əsgəri iştirak etməklə şəhidlərin ölməzliyini nümayiş etdirdilər.

Hərbi paradların keçirilməsi şübhəsiz ki, həmin ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsi əsas amillərdən biridir. Zəfər paradı qələbəmizin təntənəsini göstərməklə bərabər həmçinin hərbi qüdrətimizi də nümayiş etdirdik. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Vətən Müharibəsində qələbə münasibətilə cənab Prezidentin təşşəbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yuxarıda qeyd edilən, həmçinin digər orden və medallarla təltif edilib və bu prosesi hazırda davam edir.

Hərbi qələbəmizin əbədiləşdirilməsi həmçinin Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Onu da qeyd edək ki Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda etirazlarla qarşılanmışdı. Azərbaycanın təşəbbüsü ilə ölkəmizə qarşı baş vermiş pozuntularla bağlı Beynəlxalq Məhkəmədə iddialar qaldırılmışdır. Ermənistan tərəfi Hərbi Qənimətlər Parkının fəaliyyətinin dayandırılması ilə bağlı Beynəxalq Məhkəmədə vəsatəti rədd edilmişdir.

Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Heç kimə sirr deyil ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun əks həmlə əməliyyatının dayandırılması ilə bağlı ciddi təzyiqlər olmuşdur. Bu hadisə barəsində cənab İlham Əliyevin fikirləri maraq doğurur. İlham Əliyev: "Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər". Məhz cənab İlham Əliyevin möhkəm iradəsi, qorxmazlığı bu məslə də müstəsna rol oynamışdır. Cənab Prezident Qələbə haqqında danışarkən bunu məhz Azərbaycan xalqının qələbəsi hesab etmişdir.

İlham Əliyev: "O ki qaldı Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır".

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvanla birbaşa əlaqəni bərpa etmək üçün 1921-ci ildə sovet Rusiyasının türk dövlətlərini parçalamaq naminə Ermənistana hədiyyə etdiyi üçün Zəngəzur dəhlizinin açılması olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Xüsusi qeyd etmək lazımdır ki, Avropa ilə Asiyanı bağlayacaq əsas xəttin, Zəngəzur dəhlizinin açılması ilə bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacağı şübhəsizdir.

Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı öz münasibətini belə bildirdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Bəli Zəfər paradının ildönümünü qeyd etməklə bərabər cənab İlham Əliyevin dediyi kimi yeni dövrə yeni qələbələrə hazır olmalıyıq.

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə