Erməni lobbisinin Fransadakı siyasətini neytrallaşdırmağa çalışmalıyıq - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Ümumiyyətlə, Fransa-Azərbaycan əlaqələrində təbii ki, müəyyən məsələlərdən qaynaqlanaraq müəyyən dərəcədə problemlər yaşanır, xüsusilə Fransa hakimiyyəti Fransa prezidentləri erməni lobbisindən asılı olur və bununla da ciddi şəkildə Azərbaycana qarşı müəyyən siyasi səhvlərə yol verirlər". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, lakin düşünürəm ki, bu məsələlərdə təbii ki, Azərbaycan tərəfinin apardığı siyasət nəticəsində Azərbaycana qarşı destruktiv siyasət də neytrallaşdırılır.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "Məsələn biz Vətən müharibəsində Fransa hökumətinin müəyyən təxribatlarına baxmayaraq Fransanın Azərbaycana qarşı həmin dövrdə də məxfi siyasəti müsbət nəticələnmədi. Amma buna baxmayaraq fosmakrun dövründə Fransa Azərbaycan əlaqələri ola bilərki müəyyən inkişaf mərhələsinə qalxsın. Makron konkret olaraq ermənipərəst idi və ondan biz Azərbaycana qarşı hər hansı bir müsbət siyasət gözləməməliydik. Düşünürəm ki, Fransa Azərbaycan əlaqələrində erməni lobbisinin fəaliyyətini neytrallaşdırmaq üçün Azərbaycan diasporası da ciddi fəaliyyət göstərməlidi.

Biz ümumiyyətlə Fransanın Azərbaycana siyasətinin erməni lobbisi üzərində qurulduğunu anlamalı və bundan sonra erməni lobbisinin Fransadakı siyasətini neytrallaşdırmağa çalışmalıyıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə