“Xəritələr əvvəlcə yoxlanılmalıdır” - POLİTOLOQUN MARAQLI AÇIQLAMASI
Bizim əsas tələblərmizdən biri əslində ermənilərin əlində olan mina xəritələrini tamamını bizə təhvil verməsidir, amma son bir il göstərdi ki, dövlət başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, verdiklərin xəritələrin çoxu saxtadır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq vurğulayıb ki, verilən son xəritə ilə bağlı da onda əminlik yoldur.
“Doğrudur, biz humanistlik göstərərək, onların əsir kimi qələmə verdiyi 10 diversantı, erməni hərbiçisini geri qaytarmışıq, amma hələ bilmirik ki, bu xəritələr nə dətəcədə həqiqəti əks etdirir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan yalandan deyir ki, guya əllərində olan bütün xəritələri verməyə hazırdırlar, amma mənim şəxsi fikrimcə bu xəritələr əvvəlcə yoxlanılmalıdır. Yoxlandıqdan sonra biz bunun qarşısında hərhansı addımı ata bilərik. Çünki, hər dəfə bizə saxta xəritə verdikcə biz onlara təhvil vercəyik və belə çıxır ki, qazancımız da olmayacaq.
Ermənilər bütün dünyada dırnaqarası “əsir” mövzusunu gündəmə gətirirlər. Biz mina xəritələri deyirik və bəzən də ğzümüz deyib özümüz eşidirik və bu mövzuları beynəlxalq aləmin gündəminə çıxarmaq lazımdır. Yaxud, ermənilər əsir deyirlər və nəzərə almaq lazımdır ki, birinci Qarabağ savaşında 4 min itgin düşənimiz var. Onların taleyini biz bilmirik, aydındır ki, çoxu həlak olub, amma biz də bunu tələb etməliyik. Beynəlxalq aləmə deməliyik ki, bunlar 20-30 diversantı tələb etdikləri halda, bizim minlərlə əsirimiz var. Bu mövzuları biz özümüz deyib, özümüz eşitməməliyik və beynəlxalq aləmin gündəminə çıxarmalıyıq”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə