YAP Yasamal rayon təşkilatı əlilləri ziyarət edib FOTOLAR

YAP Yasamal rayon təşkilatı rəhbərliyi və fəalları 3 Dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə Yasamal rayonu ərazisində yaşayan əlilləri ziyarət edib, onlara sovqat paylayıb. Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə partiyanın Sədri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, bu cür ziyarətlər onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə