İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırıldı - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Ümumiyyətlə, demək olar ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad zirvə toplantısında Azərbaycan-İran prezidentlərinin görüşü son vaxtlar yaranan böhrana son qoydu". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, iki ölkə arasındakı gərginlik rəsmi Tehrandan qaynaqlanırdı və böhran inkişaf edirdi.

Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "Prezidentlərin görüşündə müəyyən məsələlərə aydınlıq gətirildi. Bundan sonra ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırıldı. Hesab edirəm ki, təbii olaraq müəyyən problemlər var. Ancaq tərəflərin özünün qırmızı cizgiləri də var və müəyyən mərhələdə əməkdaşlığın inkişafı davam etdiriləcək. Amma biz İranın mühafizəkar administrasiyasından həmişə müsbət münasibət gözləməməliyik. Onların siyasəti bölgədə destruktiv mövqeyə xidmət edir. Ona görə də deməzdim ki, bundan sonra İran və Azərbaycan münasibətləri problemsiz olacaq. Problemlər mövcuddur. Ancaq Azərbaycan tərəfinin konstruktiv mövqeyi sayəsində bu problemlər öz həllini tapacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə