“İt-pişiyinizi yığışdırın!” – REAL və AXCP savaşı qızışdı QARŞIDURMA

Natiq Cəfərli: “Tofiq Yaqublu siyasətçi olsaydı, döyülməzdi”

REAL və AXCP arasında qarşıdurma yenidən başlayıb. Buna səbəb REAL partiyasının funksioneri Natiq Cəfərlinin dekabrın 1-də Bakının mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərlə bağlı münasibət bildirməsi olub. Bütövlükdə, bu kimi məsələlərin arxasında Əli Kərimlinin maraqlarının olmasına eyham vuran REAL təmsilçisinin ittihamları bilavasitə təxribatın əsas baiskarı olan Tofiq Yaqublu tərəfindən cavablandırılıb. Cəfərli Yaqublu tərəfindən “malakeş” adlandırılıb. Belə ki, “Azadlıq” qəzeti "Facebook" sosial şəbəkəsindəki səhifəsində Natiq Cəfərlinin fikirlərini belə təqdim edib: “Tofiq Yaqublu siyasətçi olsaydı, döyülməzdi”.

REAL partiyanın funksioneri isə AXCP rəhbərliyinə sərt cavab verib və sosial şəbəkələrdəki trolları dolayı yollarla “it” və “pişik” adlandırıb. SİTAT: “Hürdürdüyünüz itlər mənə maraqlı deyil. Niyə yalan maşını kimi çalışırsız?! Niyə yalan uydurub məni söydürürsüz? Nədən bunu edirsiz?! Bu qədər kompleks hardandı sizdə?! Sözünüz var, üzümə deyin, it-pişiyinizi yığışdırın!”.

REAL rəsmisindən AXCP-yə: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”

Onu da bildirək ki, AXCP sədri Əli Kərimlinin trolları Natiq Cəfərlinin özü ilə yanaşı, onun ailəsini də hədəfə alaraq, sözün əsı mənasında, çərçivədən çıxıblar, heç bir milli-mənəvi dəyərlərə önəm verməyərək, əslində, nə qədər alçaq, simasız olduqlarını hərəkətləri ilə sübuta yetiriblər. Məhz bu baxımdan, REAL rəsmisi öz müraciətinin əsnasında bu fikirləri də irəli sürüb, hətta xəbərdarlıq edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”.

Cəfərli AXCP-çilərin əsas trolbaşılarının və feyk xəbərlər yayanlarının Qənimət Zahid olduğuna da işarət edib və “onların fikir babaları belə feyk yayan qənimət zahidlərdir. İyrənirəm artıq primitiv, tərbiyəsiz adamlardan...”, deyə o ittihamlarını davam etdirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə