Bu, əhalinin sosial rifahına öz müsbət təsirini göstərəcək - DEPUTAT REAKSİYA VERDİ

“Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar ölkəmizdə münbit investisiya mühiti formalaşdırıb. Təbii ki, hər bir investor bir ölkəyə investisiya yatırmağını düşünəndə ilk növbədə o ölkənin iqtisadiyyatının dayanıqlığını analiz edir. Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyi və dinamik inkişafı ilə cəlbedicidir. Biz bilirik ki, iki ildir ki, qlobal pandemiyanın təsirlərindən dünya iqtisadiyyatlarında geriləmələr baş verib. Hətta bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına göstərdiyi pandemiya ilə bağlı görülmüş tədbirlərin mənfi təsirindən baş vermiş azalmalar bu gün də davam etməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkəmizin iqtisadiyyatı 2020-ci ildə 4 % azalsa da, 2021-ci ildə əksinə 4%-dən çox artmağa başlayıb: “Təbii ki, bu birbaşa aparılan islahatlar və pandemiyanın təsirlərini azaltmaq üçün həyata keçirilən dövlət dəstəyi proqramların effektivliyi sayəsində nail oluruq. Gələn ildə də iqtisadiyyatımızda artımların olacağı gözləniləndir. Həm də milli valyutamız region ölkələrin valyutaları ilə müqayisədə daha dayanıqlı valyuta hesab olunur. Ölkəmizdə aparılan davamlı və düşünülmüş islahatlar sayəsində son 18 ildə ÜDM 3 dəfə artıb, xarici dövlət borcumuz strateji valyuta ehtiyatlarımızdan 6 dəfə aşağı olmasına gətirib. İnvestorların diqqət yetirdiyi digər bir məqam isə Dünya Bankının “Doing Busines və Davos İqtisadi Forum”ların hesabatların gööstəriciləridir. Doing Buzines hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşır. Bu o deməkdir ki, bu hesabatda Azərbaycan bir çox inkişaf etmiş ölkələri də qabaqlayıb. Həm də ölkə iqtisadiyyatına qoyulan investisyaların həcmi də investorları maraqlandırır. Bu günə qədər Azərbaycan iqtisadiyyatına 280 milyard dollardan çox investisya qoyulub ki, bunun da yarısı xarici investisyalardır. Digər bir məsələ isə Davos İqtisadi Forumunun hesabatıdır. Bu hesabatda da bir çox indikatorlar üzrə Azərbaycan qabaqcıl yerlərdə sıralanır. Məsələn, əhalinin enerjiyə əlçatanlıq əmsalına görə dünyada 2-ci yerdə, dəmir yolu infrastrukturunun səmərəliliyinə görə 11, hava limanların səmərəliliyinə görə 12, dəniz liman xidmətlərin səviyyəsinə görə 25, avtomobil nəqliyyatı infrastrukturunun keyfiyyətinə görə 27-ci yerlərdə sıralanırıq”.

A.Badamov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq xarici investisiyaların daha geniş şəkildə cəlb edilməsi üçün yeni potensial üzə çıxarıb: “Bu, işğaldan azad olunmuş ərazilərimizdə mövcud və yenidən dirçəltməyinə ehtiyacı olan iqtisadiyyatın müxtəlif sahələridir. Xarici investorlara bu ərazilərimizdə də kapital qoyuluşu üçün imkanlar tətbiq edirik. Həm də Zəngəzur dəhlizinin reallığa çevrilməsi ölkəmizin investisiya cəlb ediciliyini artırır. Bu, həm ölkəmizin üzərindən daşınmaların həyata keçirilməsində, həm də işğaldan azad olunmuş ərazilərimizdə yaradılacaq yeni müəsissələrin məhsulların daşınmasında rentabellik səviyyəsini yüksəlməsində özünü göstərəcəkdir. Düşünürəm ki, yaxın gələcəkdə ölkə iqtisadiyyatımıza yeni investisiyalar cəlb olunmaqla yeni müəsisələr ərsəyə gələcək. Bu, da yeni iş yerlərinin yaranmasına töhfə verməklə əhalinin sosial rifahına öz müsbət təsirini göstərəcəkdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə