Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə səfirliyin "Twitter" səhifəsində yazılıb.

"Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!" - səfirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...