Qobustanda şəhid Merac Əhədovun abidə bulaq kompleksinin açılışı olub FOTOLAR

Qobustan rayonu İcra hakimiyyətinin rəhbərliyi, YAP Qobustan rayon təşkilatının və hüquq mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyəti nümayəndələri Qobustan şəhərindən şəhid olan “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə Əhədov Mehrac İntiqam oğlunun məzarını ziyarət etmişlər. Şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşlar. Daha sonra Şəhidin xatirəsinə inşa olunmuş Abidə-Bulaq kompleksinin açılışı olmuşdur. Tədbirdə çıxış edənlər Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışaraq Vətən müharibəsindəki Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirib, düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarının daima sayğı və iftixarla xatırlanacağını bildirmişlər. Şəhidin yaxınları öz xatirələrini bölüşərək, göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlığını bildirmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə