“Rusiya Ermənistanın “işğal” barədə haray-həşirinə əhəmiyyət vermir” ÖZƏL-MÜNASİBƏT

“44 günlük vətən müharibəsində möhtəşəm qələbədən və N.Paşinyanın “gizli şəkildə” “təslim aktı”na qol çəkməsindən dərhal sonra Azərbaycan rəhbərliyi sərhədlərin müəyyənləşməsi istiqamətində fəaliyyətə başlamağı təklif etdi. Ermənistandakı ağır durumu bəhanə edən baş nazir bu məsələdən yayınmağa, sərhədlərin müəyyənləşməsi prosesini mümkün qədər ləngitməyə çalışdı. Ermənilərin bu cür davranışına müəyyən müddət səbrlə yanaşan Azərbaycan hakimiyyəti mayın 12-də Qaragöl istiqamətində ordumuzun 3,5 km irəliləməsi barədə qərar verdi və bununla sərhədlərin müəyyənləşməsi prosesinin ləngidilməsinə bundan sonra imkan verməyəcəyini ortaya qoydu”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın “işğal” barədə haray-həşirinə əhəmiyyət verməyən Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya yaratmaq təklifi ilə çıxış etdi: “Azərbaycan təkliflə dərhal razılaşdı. Ermənistan da razılığını bildirdi, ancaq dalbadal şərtlər irəli sürməyə başladı. Əvvəlcə delimitasiya və demarkasiya işlərinin aparılması üçün diplomatik münasibətlərin qurulmasının vacibliyi, yalnız bundan sonra sərhədləri müəyyənləşdirməyin mümkün olduğu iddiası ortaya atıldı. Sonra tələb olundu ki, Azərbaycan ordusu əvvəlki mövqelərinə çəkilməli, yalnız bundan sonra danışıqlara başlanılmalıdır. Daha sonra hərbi qüvvələrin sinxron şəkildə çəkilməsi və araya beynəlxalq müşahidəçilərin yerləşdirilməsindən sonra komissiyanın yaradılmasının mümkünlüyü iddia olundu. Bu cür tələbləri, şərtləri irəli sürməkdə davam edən Ermənistan rəhbərliyi noyabrın 26-da Soçidə geri çəkilərək qeyd-şərtsiz üçtərəfli bəyanata qol çəkmək və komissiyanın yaradılmasına razılıq vermək məcburiyyətində qaldı”.

A.Səmədov onu da bildirdi ki, Ermənistan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarında nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin açılmasını ləngitmək üçün də əlindən gələni etdi: “İlk günlər qızğın fəaliyyətə başlayan üçtərəfli komissiyadan öz nümayəndəsini çəkməklə prosesi 7-8 ay geriyə salmağa nail olan Ermənistan bu istiqamətdə fəaliyyəti gücləndirmək tələbinin altından da imza atdı.

Nəticədə, görüşdə N.Paşinyanın qaldırdığı məsələlər yekun sənədə düşmədiyi halda Azərbaycan prezidentinin tələbləri qəbul olundu və bu tələblərin əks olunduğu Bəyanatı Ermənistan baş naziri imzalamaq məcburiyyətində qaldı”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə