Art Weekend zamanı “Dəniz, çox sağ ol!” təqdim ediləcək

31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət həftəsonunun tədbirlərindən biri də gənclər üçün multidisiplinar proqram olacaq. SİA xəbər verir ki, noyabrın 2-də həmin proqram çərçivəsində Rəngkarlıq Muzeyində “Dəniz, çox sağ ol!” layihəsi təqdim olunacaq.

“SÖZ” sənət mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə layihəsindəki çıxışlar Art Weekend-in təşəbbüskarı Leyla Əliyevanın lirik əsərlərindən ilhamlanır.

Layihə poeziya, musiqi, rəqs və vizual sənəti bir araya gətirir. İstedadlı gənc sənətçilər tərəfindən təqdim ediləcək proqram poeziyanın yalnız kağız üzərində deyil, səsdə, hərəkətdə və yuxularda da yaşadığını xatırladır.

Qeyd edək ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə