Putinin xüsusi nümayəndəsi: Prezident Zelenski ciddi bir addım atıb…

Kreml sülh yolu ilə həll yoluna "yaxınlaşmaqdan" danışır…

...Donald Trampın Lukoil və Rosneft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Vaşinqtona səfər edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Rusiya və Ukrayna ABŞ-ın köməyi ilə hərbi münaqişəyə diplomatik yolla son qoymağa yaxındırlar. …Prezident Vladimir Zelenski cəbhə xətti boyunca döyüş əməliyyatlarının dondurulması barədə danışdığımızı etiraf edərək ciddi bir addım atdı. Onun əvvəlki mövqeyi Rusiyanın Ukraynadan tamamilə çıxması idi, ona görə də əslində düşünürəm ki, diplomatik həll yolu hazırlamağa olduqca yaxınıq.

SİA-nın məlumatına görə, Dmitriyev cümə günü CNN-ə verdiyi müsahibədə bildirib.

Həftənin əvvəlində Rusiya xarici işlər naziri Sergey Lavrov cəbhə xətti boyunca müharibənin dondurulmasının Moskvaya yaraşmadığını bildirib.

…Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbərinin Vaşinqtona səfəri ABŞ prezidentinin Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar elan etməsi ilə əlaqədardır.

Bu sanksiyalar Vladimir Putinə müharibəyə son qoymaq üçün təzyiq göstərmək məqsədi daşıyır.

Bu addıma baxmayaraq, Dmitriyev Rusiya ilə ABŞ arasında dialoqun davam edəcəyini bildirib.

…Bu, əlbəttə ki, yalnız Rusiyanın maraqları nəzərə alındıqda və hörmət edildikdə mümkündür, - Dmitriyev Reuters agentliyinə bildirib.

O, Fox-a verdiyi müsahibədə Kremlin nöqteyi-nəzərindən Ukrayna sülh prosesində üç əsas məsələni qeyd edib. Birincisi, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin formatı, ikincisi “rus əhalisi ilə bağlı ərazi məsələsi” və üçüncüsü isə Ukraynanın neytral statusudur.

Putinin nümayəndəsi bildirib ki, "masada o qədər də çox məsələ yoxdur.

Əgər onların diplomatik yolla necə həll olunacağını başa düşsək, tezliklə həll yolu tapıla bilər.

Qeyd edək ki, Dmitriyev ABŞ-a 24 oktyabrda gəlib. "Axios"un məlumatına görə, o, şənbə günü ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkovla görüşəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə