Kamala Harris ABŞ prezident olmaq istəyir...

O, hələ də özünü siyasətdə gördüyünü vurğuladı.

...ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə yenidən prezidentliyə namizəd ola biləcəyini bildirib.

SİA-nın məlumatına görə, BBC-yə verdiyi müsahibədə Harris nəvələrinin ömürlərində "mütləq" qadın prezident görəcəklərini bildirib.

Harrisdən bunun onun olub-olmadığı soruşulduqda, o, "bəlkə" cavabını verərək başqa bir namizədliyi nəzərdən keçirdiyini təsdiqləyib.

O, hələ qərar vermədiyini qeyd edib, lakin özünü hələ də siyasətdə gördüyünü vurğulayıb.

...Hələ işini bitirməmişəm. Bütün karyeram xidmətlə bağlı olub. Bu, mənim qanımdadır, - deyə keçmiş ABŞ vitse-prezidenti bildirib.

Harris həmçinin onu Demokratların namizədliyi üçün autsayder kimi göstərən sorğulara da münasibət bildirib və hətta Hollivud aktyoru Duayne "The Rock" Cohnsondan da geri qalıb.

...Sorğulara qulaq assaydım, birinci dəfə və ya ikinci dəfə namizəd olmazdım. Və əlbəttə ki, hazırda burada oturmazdım, - deyə o bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə