2022-ci ildən bəri ilk dəfə olaraq Rusiya ciddi problemlərlə üzləşir...

Sanksiyalar və maliyyə çatışmazlığı öz təsirini göstərib...

...Rusiyada hərbi-sənaye kompleksində - rəsmi Rusiya statistikasında da əks olunduğu kimi, uzun müddətdir iqtisadiyyatın hərəkətverici qüvvəsi olan sektorlarda - azalma qeydə alınıb.

SİA xəbər verir ki, RBC-Ukraynanın məlumatına görə, sentyabr ayında hərbi-sənaye kompleksində istehsal artımı avqust ayında 2,4 faizdən 0,4 faizə düşüb.

Məsələn, tanklar və piyada döyüş maşınları da daxil olmaqla nəqliyyat istehsalı avqust ayında 61,2 faizdən sentyabr ayında 6 faiz düşüb.

Analitiklər bunu büdcə məhdudiyyətləri ilə əlaqələndirirlər ki, bu da hökuməti ilin son rübündə müdafiə xərclərini azaltmağa məcbur edir və bu da potensial olaraq iqtisadi daralmaya səbəb olur.

Hindistana neft satışını çətinləşdirəcək yeni ABŞ sanksiyaları əlavə zərbə vura bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə