Rusiya Belqorod bölgəsində təxliyəyə hazırlaşır...

Su anbarının bəndi çökə bilər...

...Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Ukrayna raket zərbəsi nəticəsində" Severski Donets çayındakı Belqorod su anbarının bəndinə dəyən ziyanı etiraf və yaxınlıqdakı yaşayış məntəqələrində daşqın təhlükəsi barədə xəbərdarlıq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Moscow Times xəbər verir.

...Ukrayna Silahlı Qüvvələrinin zərbəsi nəticəsində Belqorod su anbarının bəndi zədələnib. Düşmənin daha bir zərbə endirməyə cəhd edə biləcəyini və bəndi dağıda biləcəyini başa düşürük. Əgər bu baş verərsə, Xarkov vilayətindən və təxminən 1000 sakinin yaşadığı yaşayış məntəqələrimizdəki bir neçə küçədən çay daşqınları riski yaranacaq, - deyə o, Telegram-da yazıb.

Tam tutumu təxminən 76 milyon kubmetr olan "Belqorod dənizi" yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri Belqoroda gedib şəhərin müvəqqəti yaşayış mərkəzlərini (MYM) yerləşdirə bilərlər.

Qladkovun sözlərinə görə, hakimiyyət orqanları daşqın təhlükəsi ilə üzləşən və başqa müvəqqəti yaşayış variantı olmayanlara bu təklifi etməyə başlayıblar.

Söhbət Bezlyudovka, Novaya Tavoljanka və Şebekino kəndlərindən gedir.

MNS Telegram kanalının məlumatına görə, su anbarına 24 oktyabr axşamı HIMARS buraxılış qurğusundan üç GMLRS raketi atılıb.

İlkin məlumatlara görə, hücum nəticəsində texniki avadanlıqların olduğu bir neçə binaya, şlüz qapılarından birinin qaldırıcı mexanizmlərinə və bəndin zirvəsinə ziyan dəyib. Rosqvardiya zabiti və bir mülki şəxs də qəlpə yaraları alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə