"Vəkillər Kollegiyası son illərdə arbitraj sahəsində bir sıra vacib təşəbbüsləri həyata keçirib" -Sədr
Texnologiyanın, süni intellektin və rəqəmsal iqtisadiyyatın sürətli inkişafı hüquq münasibətlərinin mahiyyətini dəyişir. Bu şəraitdə vəkillərin yeni bilik və bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə vəkillər yalnız məhkəmələrdə deyil, həm də arbitraj proseslərində ədalətin əsas təminatçıları kimi çıxış edirlər. SİA xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası son illərdə arbitraj və alternativ mübahisə həlli istiqamətində bir sıra vacib təşəbbüsləri həyata keçirib. Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri birləşdirən Biznes Hüququ Komitəsi təsis olunub, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq, təlimlər və seminarlar təşkil edilib. Bu tədbirlər Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj proseslərində peşəkar tərəfdaş kimi tanınmasına imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB