Böyük Britaniya Rusiya sualtı qayıqlarının fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə qədər artdığını bildirib. Müdafiə naziri Con Qili Kremlə xəbərdarlıq edib ki, Kral Hərbi Hava Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələri Şimali Atlantikada “sualtı qayıqlarını ovlayır”.
SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qili Rusiya diktatoru Vladimir Putinə mesajla müraciət edib. O qeyd edib ki, “Biz sizin sualtı qayıqlarınızı ovlayırıq”. Qiliyə görə, Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30 faiz artıb.
Nazirin sözlərinə görə, bu, “bütün ərazidə Rusiya təcavüzünün” artdığını göstərir ki, bu da təkcə Ukraynaya deyil, Avropaya da təsir göstərir.
Müdafiə Nazirliyi iddia edir ki, Şimali Atlantikada Rusiya sualtı qayıqlarının fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə qayıtması müşahidə olunub.
Kral Hərbi Hava Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələri Rusiya sualtı qayıqlarının ən aktiv olduğu Şimali Atlantikada mövcudluğunu gücləndirib.
Kral Hərbi Hava Qüvvələri demək olar ki, hər gün, bəzən gecə-gündüz və tez-tez digər NATO müttəfiqlərini dəstəkləmək üçün missiyalar həyata keçirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB