Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...
...Reuters agentliyinin verdiyi məlumata görə, İspaniya polisi Pablo Pikassonun 1919-cu ilə aid rəsmini tapıb.
Rəsm 10 oktyabrda ölkənin cənubunda sərgidən bir az əvvəl sirli şəkildə yoxa çıxmışdı.
Rəsmin tapılmasının səbəbləri hələ də məlum deyil. Lakin, araşdırma elan edən rəsmi açıqlamada polis əsərin daşınma zamanı səhv idarə olunduğunu və Madriddən Qranadaya gedərkən itirildiyini ehtimal edib.
Tarixi irsin qorunması üzrə xüsusi qrup hadisəni araşdırırdı. Lakin polis cinayətin törədilib-törədilmədiyini və ya səhlənkarlığın olub-olmadığını rəsmi olaraq açıqlamayıb. Söhbət gedən rəsm əsəri şəxsi kolleksiyaçıya məxsus olan kiçik bir Pikassonun “Naturaleza muerta con guitarra” (Gitara ilə natürmort - red.) əsəridir.
Böyük bir rəsm partiyası Qranadadakı sərgiyə daşınarkən yoxa çıxıb. Ehtimal olunur ki, o, 57 başqa əsərlə birlikdə qablaşdırılıb və yük maşını ilə Qranadaya daşınıb.
Yolda demək olar ki, dayanacaq yox idi və yük açılana qədər toxunulmamışdı, amma bir əsərin yoxa çıxdığı məlum oldu. Sərgini təşkil edən İspaniya fondu hüquq-mühafizə orqanlarına 58 rəsm əsəri əvəzinə, qutulardan yalnız 57 rəsm əsərinin çıxarıldığını göstərən video təqdim etdi.
…Yeri gəlmişlkən, qeyd etmək lazımdır ki, Fransa bu yaxınlarda ilin ən böyük soyğunçuluğunu yaşadı. Parisdəki məşhur Luvr Muzeyi Apollo Qalereyasından səkkiz zinət əşyası oğurlandıqdan sonra təcili olaraq bağlanmaq məcburiyyətində qaldı.
Oğurlanmış əşyaların ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB