Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bielefeld şəhərində azı 4 min nəfər nümayiş keçirib. SİA xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.
Bildirilir ki, etiraza səbəb Almaniya Kansler Fridrix Mertsin miqrasiya ilə bağlı açıqlamaları olub.
Belə ki, oktyabrın 24-ü axşam saatlarında şəhər sakinləri küçələrə axışıblar. Sağlara Qarşı Bielefeld Alyansı insanları “Biz şəhərin simasıyıq!” şüarı altında keçirilən bu etiraz aksiyasında iştirak etməyə çağırıb. Bu, Mertsin Almaniyanın şəhər imici və immiqrasiya siyasəti ilə bağlı son açıqlamalarına işarə edir.
Aksiyada Sosial Demokrat Partiyasının sədr müavini Vibke Esdar da iştirak edib.
Bu həftə sonu Almaniya şəhərlərində etirazların davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB