Böyük Britaniya məscidlərdə təhlükəsizliyi gücləndirəcək...

...İngiltərənin cənubundakı Pisxevene şəhərində məscidə edilən və az qala bir neçə insanın ölümünə səbəb olan yanğından sonra, Böyük Britaniya hökuməti müsəlman dini yerlərinin qorunması üçün əlavə maliyyələşdirmə ayırmaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS xəbər verir.

…Bu məqsədlə 10 milyon funt sterlinq (təxminən 13,3 milyon dollar) ayrılacaq.

…Baş nazir Böyük Britaniyadakı məscidlərə və müsəlman dini mərkəzlərinə nifrət cinayətləri və hücumlarından qorunmaq üçün əlavə 10 milyon funt sterlinq təhlükəsizlik maliyyələşdirməsi veriləcəyini açıqladı...

Bu, Böyük Britaniya hökumətinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qərar Keir Starmerin yanğın hadisəsi baş verən yerə səfərindən sonra verilib.

Vəsait CCTV və siqnalizasiya sistemlərinin quraşdırılmasına, hasarların çəkilməsinə və təhlükəsizlik xidmətlərinin ödənilməsinə sərf olunacaq.

Bu, hökumətin ötən il məscid təhlükəsizliyini təmin etmək üçün ayırdığı 29,4 milyon funt sterlinqə (təxminən 39,2 milyon dollar) əlavədir.

Qeyd edilməlidir ki, Böyük Britaniyada milliyyət və dinə əsaslanan nifrət cinayətləri artmaqdadır.

2024-cü ilin mart ayından 2025-ci ilin mart ayına qədər müsəlmanlara qarşı ksenofobik cinayətlərin sayı 19 faiz artıb. Bütün dini motivli cinayətlərin 44 faizi müsəlmanlara qarşı törədilib.

…Yeri gəlmişkən, bu arada Polis Pisxevenedən olan 34 və 42 yaşlı iki kişini, eləcə də Seafordun 38 yaşlı sakinini həbs edib. Onlara qarşı qəsdən yanğın törətmək və adam öldürməyə cəhd ittihamları irəli sürülüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə