...Dublindəki miqrant otelinin qarşısında sənədsiz miqrantlara qarşı etiraz iğtişaşlar və hüquq-mühafizə orqanları ilə toqquşmalarla başa çatıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nümayişçilər polisə fişənglər atıblar, polis mikroavtobusunu yandırıblar və lazer göstəriciləri ilə polis helikopterinin heyətini kor etməyə çalışıblar.
Buna cavab olaraq təhlükəsizlik qüvvələri su şırnaqlarından və göz yaşartıcı qazdan istifadə ediblər.
Etirazın dağıdılması zamanı altı nəfər saxlanılıb.
Qeyd edilir ki, İrlandiya hökumətinin sənədsiz miqrantları yerləşdirdiyi dördulduzlu Citywest otelinin qarşısında etirazlar bazar ertəsi günü başlayıb.
Bir müddət əvvəl yerli media Afrikadan gələn sığınacaq qonaqlarından birinin 10 yaşlı irlandiyalı qıza təcavüz etdiyini bildirmişdi.
Bundan sonra yerli sakinlər İrlandiya hökumətinin immiqrasiya siyasətindən narazı olaraq otelə toplaşmağa başlayıblar.
Deyilənlərə görə, cinayəti törədən altı ildir ki, Dublində yaşayır və deportasiya gözləyir.
...Citywest Oteli İrlandiyanın ən böyük otel komplekslərindən biridir. Qonaqlara 764 otaq, 30 müxtəlif istirahət və fəaliyyət sahəsi, 8000 nəfərə qədər tutumlu konfrans mərkəzi, 18 dəlikli çempionat qolf meydançası, idman zalı və üzgüçülük hovuzu təklif edir.
Bu yaxınlarda Citywest digər ölkələrdən gələn qanunsuz immiqrantları da yerləşdirib. İrlandiya mediası otel sahibinin ölkəyə gələn qaçqınları yerləşdirmək üçün üç ay ərzində hökumətdən təxminən 17 milyon avro maliyyə vəsaiti aldığını təxmin edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB