Yadımdadır, gənclik dövrümüzdə böyük yazıçı, alim, pedaqoq Mir Cəlalın "Bir gəncin manifesti" əsərini böyük sevgi, məhəbbətlə sevə-sevə oxuyardıq! Ən çox da orada hamının hisslərinə toxunan bir məqam var idi: azərbaycanlı ana daim sevib əzizlədiyi, öz əli ilə toxuduğu xalçanı ehtiyac üzündən bazara çıxararaq satmalı olur. Pullu alıcıya da rast gəlir! Amma onun əcnəbi olduğunu biləndə, Azərbaycan xalısının vətəndən kənara aparılacağını hiss edəndə fikrindən daşınır: "İtə ataram, yada satmaram!" - deyir.
O vaxtdan bu ifadə zərb-məsəl kimi vətənpərvərlik tərbiyəsinin bir elementinə çevrilib. Bu gün Azərbaycan müasir, demokratiya yolu ilə irəliləyən Cənubi Qafqazın lider dövləti, bölgədə söz sahibidir! Ancaq vətənini satanlar, adın "Azərbaycan vətəndaşı" qoyan vətənin daşına layiq olmayan cinayətkarlar sosial şəbəkələrdə çıxışlar edərək: "Vətən mənə nə edib" sualı ilə ölkəsinin pis gününə sevinir, uğruna ürəyi partlayır. Sonda da deyir ki, «mən demokrat carçısıyam», "hüquq müdafiəçisiyəm", "beynəlxalq təşkilatların nümayəndəsiyəm" daha nə bilim nələrə... nələr... Görün iş nə yerdədir ki, Azərbaycan xalqının hüquqlarını Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Orduxan Teymurxanlı, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Leyla Yunus kimi erməni əsillilərlə iş birliyi quran satqınlar anlamırlar ki, Azərbaycanın əleyhinə iş aparmaqla Azərbaycan xalqının məhəbbətini yox, yalnız nifrətini qazanmaq mümkündür!
Bədbəxtçiliyin ən yüksək piki isə ondadır ki, bu günlərdə 30 illik həsrətə 44 gün ərzində Azərbaycanın Liderinin «dəmir yumruq» siyasəti ilə qalib gəlməsinin bir illiyinin qeyd olunduğu bir zamanda Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınmasını vətənin daşına layiq olmayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Orduxan Temurxanlı, Vidadi İsgəndərli, Sevinc Osmanqızı və bu kimi satqınlar aşırı radikal olduqlarını bir daha göstərməkdədirlər. Məsələn, dünənə qədər AXCP sədri Əli Kərimlinin hansısa tulası, bu gün də belə "suçok"lar var, o cümlədən "Milli Şura"nın koordinasiya mərkəzinin keçmiş rəhbəri Eldəniz Quliyevi "ziyalı" hesab etdiyini və bununla fəxr duyduğunu yazırdılarsa, bu gün bu adamı tryapka sayırlar. O vaxt ona görə onu «ziyalı» sayırdılar, separatçı qurumda çalışan vətən xaini Əlikram Hümbətovun dəstəkçisi idi!!! "Talış Muğan Respublikası" adlı bir qondarma "respublika" elan edilərkən, onun "himni" səsləndirilərkən, həmin bu "ziyalı" adlandırılan Eldəniz ayağa qalxıb!!! İndi Əli Kərimlinin tulaları bu "adamı" tryapka, hətta erməninin ayaqqabısını silməyə yaramayan tryapka sayırlar. Mən bütün bunları elə-belə yazmıram. Yazıram ona görə ki, bunların hər hansı bir ipiqırıq partiya mənsubları bu gün «Azərbaycan vətəndaşlığına» layiq olmadıqları halda vətən, xalq «yanğısından», «vətəndaşlıqdan» danışması, sosial şəbəkələrdən Azərbaycanın uğurlarına kölgə salmaları adamda ikrah doğurur.
Erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir
Bu, aksiomadır: erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Və bu gün Vətən daşına dönük çıxanlar Azərbaycanın düşmənidir. Çünki Vətən bir millətin üzərində yaşadığı, torpağı Vətən edən isə millətin onda yaşadığı, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirən yerdir. Çünki Vətən anadır. Və bu gün "Milli Şura" nın satqın kadrosu olan AXCP sədri Əli Kərimli üçün satıb satılmaq adi hal alıb. Bu günlərdə Ə.Kərimli «Sevinc TV»-də çıxış edərək bildirir ki, «İkinci Vətən savaşı başlayarkən biz birlik nümayiş etdirdik»,-deyə çıxış edən bu yalançı, satqın, mənəviyyatsız Əli Kərimli hansı birlikdən danışır? Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları zamanı siyasi partiyalar birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildirərkən, bu həmrəylikdən kənarda qalan Əli Kərimli və onun ətrafında olan bu gün yenə də sosial şəbəkələrdə yurd alaraq dövlətə, hakimiyyətə qarşı yalan, böhtan deməklə, əldə olunmuş qələbəni kiçiltməyə, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdılar.
Yeri gəlmişkən, ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında Əli Kərimli iddia edib ki, guya “Milli Şura” və AXCP Vətən müharibəsi dövründə “həmrəylik” nümayiş etdirib. Görəsən, bu həmrəyliyi Əli Kərimli və onun ətrafında olan erməni lobbisinin «təbliğatçıları» bu yolla haraya qədər? Ancaq xalq hər şeyi yaxşı bilir və görürü ki, müharibənin əvvəlində Azərbaycanın qələbəsinə inanmayan, xidmət etdiyi ermənipərəst dairələrin sifarişi ilə davranan Əli Kərimlinin 10 noyabr zəfərindən sonra bütün arzuları puç oldu və bundan sonra da uğursuz cəhdləri fiaskoya məhkumdur. Və belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Bu ünsürlər unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi. Və Vətən daşına dönük çıxan cinayətkarlar mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB