"Azərbaycan Ordusunu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırmaqda davam edirik" - ZAKİR HƏSƏNOV
“Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirdik”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.
“Cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik”, - Z.Həsənov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB