Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə