YAP Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında rayon təşkilatının sədri Vüqar Seyidovun iştirakı ilə hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdən öncə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilib. Vətən müharibəsi şəhidlərinin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, ərazi ilk partiya təşkilatının sədri Kazımov Mürsəl Allahverdi oğlu YAP-ın VI qurultayından ötən dövr ərzində görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib.
Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb, çıxışlar edilib. Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək, qərar qəbul edilib. ƏPT-nin üzvlərinin səs verməsi nəticəsində sədr Səfərov Əliqismət Xanlar oğlu, sədr müavini Əhmədova Almaz Razim qızı seçiliblər. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilib.
YAP rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara toxunaraq bildirib ki, əldə olunmuş uğurlarda YAP üzvlərinin rolu az deyildir. Partiyanın sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin milli maraqlara söykənən və sosial siyasətinin ölkə əhalisi tərəfindən dəstəkləndiyini vurğulayıb. Vətən müharibəsində əldə olunan qələbədən bəhs edən V.Seyidov təhsil ocaqlarının, xüsusilə də uşaqların, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində məktəblərin rolunu yüksək qiymətləndirib. 318 №-li tam orta məktəbin Vətən müharibəsində iki şəhidi olduğunu da qeyd edən V.Seyidov həm şəhid Muxtar Qasımlının, həm də şəhid İsabala Hüseynovun əziz xatirələri qarşısında ehtiramla baş əydiyini deyib. Rayon təşkilatının sədri YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzənin qənaətbəxş hesab edib.
V.Seyidov gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib, ƏPT-nin fəaliyyətinə uğurlar arzulayıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB