"İxtiyarımız var ki, rus sülhməramlıları ilə onları yerində oturdaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Əgər Xankəndidə ermənilər müharibə zamanı hansısa zərər görmüş dini, mədəni abidələrini bərpa etmək istəyirlərsə, problem yoxdur". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Deputat qeyd edib ki, biz onların bu cür dini, mədəni abidələri bərpa etmələrini problem etmirik.

Rasim Musabəyov bu barədə fikrini belə izah edib: "Amma əgər Nijde kimi hansısa faşistlər üçün abidə ucaltmaq istəsələr, bizim ixtiyarımız var ki, rus sülhməramlıları ilə onları yerində oturdaq. Azərbaycanlıların qanını tökən alman faşistləri ilə əməkdaşlıq edən insanlar üçün abidəyə Azərbaycanda yer yoxdur. Buna ya rus sülhməramlıları mane olacaq, ya da lazım olsa, bizim tam ixtiyarımız var ki, belə bir abidəni darmadağın edək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə