"Azərbaycan geriyə addım atmadı və öz haqqını müdafiə etdi" - MÖVQE BİLDİRİLDİ

"Azərbaycan geriyə addım atmadı və öz haqqını müdafiə etdi" - MÖVQE BİLDİRİLDİ

“Son dövrlərdə Azərbaycan-İran münasibətləri soyumuşdur. Azərbaycan cəmiyyətinin də təpkiləri başa düşülən idi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, İran tərəfi öz mövqelərindən geri çəkildi və qərar verdi ki, Xankəndi Azərbaycanın ərazisidir: “Azərbaycanın suveren ərazisinə icazəsiz girmək olmaz. Bu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bir daha təsdiqi idi. Azərbaycan bütün dövlətlərlə qonşuluq münasibəti qurmaq niyyətindədir. Azərbaycanın dövlət siyasəti bu xətt üzrə inkişaf edir. Hətta Ermənistanla sülh müqaviləsi bağlanandan sonra da Azərbaycan bu dövlətlə sülh şəraitində yaşamaq istəyir.

Hazırda Azərbaycan ilə İran arasında, hətta digər dövlətlərin iştirakı ilə məsləhətləşmələr gedir. Artıq İran rəhbərlərinin bəyanatında gördük ki, onlar Azərbaycan ilə normal münasibətlərin inkişafını arzulayırlar. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələdə çox doğru və təmkinli mövqe nümayiş etdirdi. Geriyə addım atmadı və öz haqqını müdafiə etdi. Bütün dünya da gördü ki, Azərbaycan nə qədər haqlıdır və doğru yoldadır. Bunu da İran qəbul etmək məcburiyyətində qaldı. Belə bir vəziyyətdə əlbəttə ki, Azərbaycan dövləti İranla xoş münasibətlərin inkişafı üçün çalışacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə