Türkiyə Prezidenti Füzuliyə gəlib - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi reyslə Füzuli Beynəlxalq Hava Limanına gəlib. SİA-nın məlumatına görə, Türkiyə Prezidentinin qarşılanma mərasimi keçirilir.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...