Erməni spiker Kiprdə "soyqırımı" və Azərbaycandan danışdı

Kiprdə ikigünlük rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Kiprin müdafiə naziri Xaralambos Petridis ilə görüşüb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı anlaşma və dəstəyin mövcudluğunu qeyd edib, soyqırımının təşviqi istiqamətində beynəlxalq strukturlarda səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər. Ermənistan və Kiprin müdafiə nazirlikləri arasında ikitərəfli və çoxtərəfli görüşlər zamanı həyata keçirilən hərbi-siyasi dialoqa toxunulub.

Azərbaycanın Qarabağa "hərbi təcavüzü"ndən danışan Alen Simonyan Kiprin prinsipial mövqeyinə və erməni xalqının dəstəyinə görə təşəkkür edib. 2020-ci ildə Qarabağda yaşayan ermənilərə göstərilən humanitar və maliyyə yardımının vacibliyini vurğulayıb. Kipr Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnamə qəbul etməsi də qeyd olunub.

Tərəflər Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi formatında imkanların səmərəli şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...