"Xudafərin şimallı-cənublu azərbaycanlıların mənəvi qovuşmasının simvolu idi" - DEPUTAT ŞƏRH ETDİ

“Xudafərin körpüsünün işğaldan azad edilməsi müharibənin gedişatının xeyrimizə irəliləməsi üçün vacib idi. Çünki körpü həm hərbi, həm tarixi, həm də strateji cəhətdən çox böyük əhəmiyyətə malik idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, cənab Ali Baş Komandan İlham Əliyev də Xudafərin körpüsünə səfəri zamanı buradakı nitqində körpünün işğaldan azad olunmasının əhəmiyyətini dəfələrlə vurğulayıb: “Xudafərin körpüsü şimallı-cənublu azərbaycanlıların mənəvi qovuşmasının simvolu idi”.

A.Nağıyev vurğulayıb ki, illərlə Xudafərin körpüsü ilə bağlı bütün məsələlərdə Azərbaycan xalqının necə birlik nümayiş etdirdiyini, xalqımızın öz tariximizə necə sahib çıxdığının şahidi olurduq: “Bu körpü ilə yanaşı Xudafərin ətrafında yaradılan su anbarının da eyni zamanda azad edilməsi özlüyündə ekoloji və iqtisadi bir çox məsələlərə təkan verəcək. Yəni, bir sözlə, Xudafərinin işğaldan azad edilməsi tarixi, mənəvi, strateji baxımdan çox vacib idi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə