“Müxalifətin arzuları heç vaxt həyata keçməyəcək” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Təbii ki, müxalifət düşərgəsində pərakəndəliyin və dağınıqlığın başlıca səbəblərinin həmin partiyalara rəhbərlik edən liderlərin böyük iddialarla çıxış etmələridir. Məhz buna görə də, müxalifət qüvvələri birləşə bilmir və birləşməsi də mümkün deyil. Ona görə də, həmin partiya rəhbərləri xalqı inandırmağa çalışmasınlar ki, doğrudan da bunlar tam səmimidilər və bir-birinə güzəşt getməyə hazırdırlar”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyalarla yaşayaraq ümid edirlər ki, nə vaxtsa onlar da nəyə isə nail ola biləcəklər: “Onların bu arzuları heç vaxt həyata keçməyəcək. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Əlbəttə ki, sözügedən müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa dücar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Amma həmin liderlər öz uğursuzluqlarını başa düşsələr. Düşünürəm ki, müxalifət qüvvələrinin istəkləri həm bir müddət gündəmdə qalmaqdan, həm də xaricdə olan qüvvələrə öz varlıqlarını nümayiş etdirməkdən ötrü bu cür mitinqlər keçirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB