"27 sentyabr beynəlxalq hüququn, ədalətin bərpası deməkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"27 sentyabr beynəlxalq hüququn, ədalətin bərpası deməkdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"27 sentyabrın Azərbaycanın Anım Günü kimi qeyd olunması çox vacib tarixi hadisədir". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Çünki bu tarix yalnız düşmən ordusunu işğal edilmiş ərazilərdən təmizləmək günü deyil. Eyni zamanda beynəlxalq hüququn, ədalətin bərpası deməkdir. Rasim Musabəyov bu haqda fikrini belə izah edib: "Azərbaycan ordusu, Azərbaycan əsgərləri öz qanları bahasına Azərbaycan xalqının başını uca saxlamaq imkanı yaradırdı. Ona görə də, biz hamımız həm o əsgərlərə, həm o əsgərləri döyüşə göndərən Ali Baş Komandana minnətdar olmalıyıq. Ona görə ki, bizə bu 44 günlük müharibədə qələbə bəxş olundu.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə