Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub.

SİA-nın məlumatına görə, bunг İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində yazıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:

"Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud problemlər, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqqında məsləhətləşmələr və fikir mübadiləsi aparılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...