"Bu cür təlimlərin keçirilməsinin böyük əhəmiyyəti var" - HƏRBİ EKSPERT AÇIQLADI

“Laçın strateji əhəmiyyətinə görə, Qarabağda olduqca vacib bir bölgədir. Laçının hərbi-strateji əhəmiyyəti olduqca vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri də budur ki, bu ərazidə keçirilən bu cür təlimlər həm Ermənistan, həm də Rusiya tərəfindən böyük narahatlıqla qarşılanır: “Narahatlığın əsas səbəbi də odur ki, onlar elə düşünürlər ki, Laçın tərəfindən həyata keçirilən təlimlər sonradan praktikaya yönələ bilər. Yəni həmin təlimlər artıq lazım gəldikdə ermənilərə qarşı istifadə oluna bilər. Bu gün həm Azərbaycanın, həm Türkiyənin xüsusi təyinatlı hərbi birləşmələri kifayət qədər döyüş təcrübəsinə malik olan hərbi birləşmələrdir. Onlar qarşılarına qoyduqları bütün tapşırıqları yüksək səviyyədə icra edirlər. Bu təlimlər isə relyefə uyğun çətinlikləri və tapşırıqların icra olunması ilə bağlıdır. Laçın Azərbaycan Ordusu üçün yeni bir ərazidir. Buranın relyefinə uyğun hərbi əməliyyatların keçirilməsinə ehtiyac var. Bu cür təlimlərin həmin işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin böyük əhəmiyyəti var”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə