Belçikanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Michel Peetermansla görüşüb. Daimi nümayəndəlikdən SİA-ya bildirilib ki, görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, sülhün möhkəmləndirilməsi, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzularda müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə