"Ermənistandakı revanşist qruplar düşünməsinlər ki..." POLİTOLOQ ŞƏRH ETDİ
"Cənab Prezident Qarabağa dəfələrlə səfər etmişdi. İndi isə məhz Kəlbəcərə səfər etdi. Əslində Kəlbəcəri Azərbaycana bağlayan yollar digər rayonlara nisbətən daha azdır. Yəni bu rayon digər rayonlara nisbətən Azərbaycana stratejik olaraq daha çətin bağlanan rayondur". Bunları SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonuna cənab Prezidentin özünün şəxsən getməsi onu göstərir ki, birincisi Kəlbəcər və Laçın Azərbaycanın tam nəzarəti altındadır və bu rayonların təhlükəsizliyi Azərbaycan tərəfindən tam təmin olunur: "İkincisi, səfər zamanı cənab Prezident İlham Əliyev belə bir fikir səsləndirdi ki, Ermənistanda olan Azərbaycan əraziləri qədim türk adları ilə səslənməlidir. Çıxışında cənab Prezident özü adları da sadalayır. Bu onu göstərir ki, əslində Azərbaycan Respublikası daha əvvəl azərbaycanlıların yaşadıqları qədim Azərbaycan ərazilərini də yaddan çıxartmayıb. Hətta, cənab Prezident deyib ki, biz azərbaycanlıları ora qaytarmaq baxımdan əzimliyik. Kəlbəcər və Laçın səfəri Prezidentin Ermənistana növbəti mesaj idi. Yəni ki, bizim qələbəmiz dönməzdir. Ermənistandakı revanşist qruplar düşünməsinlər ki, hansısa əks-hücum edib, bu əraziləri geri qaytara bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB