“Tank biatlonu”nda iştirak edən tankçılarımız maşınların texniki vəziyyətini yoxlayıb - FOTO

“Tank biatlonu”nda iştirak edən tankçılarımız maşınların texniki vəziyyətini yoxlayıb - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb.

Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
Müsabiqə sentyabrın 4-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə