“Tank biatlonu” müsabiqəsinin püşkatması keçirilib - FOTO-VİDEO

“Tank biatlonu” müsabiqəsinin püşkatması keçirilib - FOTO-VİDEO

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.

Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə