Kəramət, “kəramətli” şəkildə söyüb, Arif isə “arifcəsinə” bəyənib! T'ƏRS BAXIŞ+FOTOFAKT
Radikal müxalifətin dar çərçivəli kibermüharibəsi davam edir
Radikal müxalifət daxilində qarşılıqlı ittihamların irəli sürülməsi, xəyanətkarlıq iddialarının səslənməsi və s. bu kimi hallar adi, hətta belə desək, ənənəvi hal alıb. Lakin o da sirr deyil ki, bu savaşlar həm də sosial şəbəkələrdə də davam etdirilməkdədir. Misal üçün, Müsavat partiyası ilə AXCP tərəfdarları arasındakı uzun illərə söykənən hərc-mərclikləri buna sübut kimi göstərə bilərik. Müsavatçıların AXCP sədri Əli Kərimlinin “dirijor çubuğu” ilə idarə etdiyi “Milli Şura”nı da hədəfə almaları, əllərinə düşən hər bir imkanda ölü qurumda yer alan adamları kökündən “baltalamaları” halları kifayət qədər baş verib.
Kəramət Böyükçöl tərəfindən Gültəkin Hacıbəyli haqqında yazılan təhqir statusunu Arif Hacılı bəyənib!
Həmin hallardan biri də Arif Hacılı tərəfindən yaşanılıb. Əldə etdiyimiz məlumata görə, müsavatçıların başqanının bir facebook statusuna münasibəti müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Söhbət Əli Kərimlinin yaxınlarından hesab olunan və “Milli Şura”nın koodinasiya mərkəzində yer alan Gültəkin Hacıbəylinin Kəramət Böyükçöl tərəfindən küçə sözləri ilə təhqir olunan yazısından gedir.
Daha dəqiq desək, Kəramət Böyükçöl onun müsahibə təklifini rədd edən Gültəkin Hacıbəyli haqqında təhqiramiz ifadələrini facebook səhifəsində yerləşdirib. Nəticədə, bu olay sosial şəbəkələrdəki müxalifətçi trollar arasında geniş müzakirəyə səbəb olub. Həmin müzakirələrdə isə nə qədər maraqlı görünsə də, təhqir və söyüşlər qınanılıb.

Çox maraqlıdır ki, daim söyüş dağarcıqları vəzifələrini icra edən trollar bu dəfə təhqirin yolverilməz olduğunu yazıblar. Görünür, şefləri, baş trolları Əli Kərimli onlara, hələlik, bu məcrada qalmağı əmr edib.
Amma buna baxmayaraq, məsələnin ən maraqlı cəhəti də budur ki, Kəramət Böyükçöl tərəfindən Gültəkin Hacıbəyli haqqında yazılan təhqir statusunu Arif Hacılı bəyənib!
Görəsən, Arif Hacılının belə bir addım atması nə ilə əlaqədardır? Bəlkə, Arif Hacılı bu yolla AXCP-yə, Əli Kərimliyə eyham vurub ki, əlinə düşən növbəti imkanında onun haqqında da yazılan hər hansı bir söyüşlü rəylərə bəyənmələr atacaq? Əslində, burada təəccüblü heç nə yoxdur. Harada Əli Kərimli, Arif Hacılı və onların əlaltıları varsa, orada söyüşlər də olacaq. Necə deyərlər, radikal müxalifətin dar çərçivəli kibermüharibəsi davam edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB