“Rus sülhməramlılarının üçtərəfli razılaşması əsasında regiona gəlməsi Azərbaycanın maraqlarına cavab vermirdi”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, o dövrdə də Rusiya əsgərlərinin Qarabağa gəlməsinə Azərbaycan cəmiyyətinin narazılığı oldu: “Sonradan bəzi məsələlər aydınlaşdı və Rusiya, Türkiyə və Azərbaycan arasında bir kompromist variant kimi bu məsələ ortaya gəldi və anlaşıldı. Bildirildi ki, müəyyən bir dövrdən sonra Rus sülhməramlılarının mövqeyi nisbətən məhdudlaşdırılacaqdır. Türkiyənin hərbi qüvvələrinin də regionda iştirakı təmin olunacaqdı. Amma Rusiya sülhməramlıları fəaliyyətlərini davam etdirirlər və işğaldan azad olunmuş ərazilərdə və onların nəzarətində olan ərazilərdə o cümlədən Laçın dəhlizində şərikli bir hökmranlıq sürürlər və ona görə də, bu cür neqativ hallar baş verir. Demək olar ki, burada Rusiyanın özünün də maraqları var və rus sülhməramlıları erməni silahlı quldur dəstələrinin Qarabağda təxribatlar törətmələrinə bilərəkdən göz yumurlar. Rusiya çalışır ki, süni şəkildə də olsa nəyinsə hesabına ermənilərin sayını artırsınlar. Ona görə də, orda belə bir vəziyyət yaranır. Birbaşa bu məsələ də məsuliyyət Rusiyanın üzərinə düşür və haqlı olaraq Rusiyanı ittiham edirik. Rusiya ya etiraf etməlidir ki, bu işin öhdəsindən gələ bilmir. Yəni erməni silahlı terror dəstələrinin “Laçın dəhlizi”ndən keçərək Xankəndinə gəlmələrinə Rusiya özəl maraqlarına uyğun olaraq şərait yaradır. Yəni bu iki məsələdən birindən Azərbaycan nəticə çıxarmalıdır və ona uyğun olaraq da hərəkət etməlidir. Əgər belə davam edərsə, Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB