Ermənistan ordusunun ölüm kabusu ANALİTİK+FAKT

Ermənistan ordusunun ölüm kabusu ANALİTİK+FAKT

1994-cü ildən 2016-cı ilin aprelinə qədər Ermənistan ordusunda hərbi əməliyyatlardan kənar 2500-dən çox insan həyatını itirib

Ermənistan ordusu hərbi əməliyyatlardan kənar itkilərinin sayını gizlədir. Daha dəqiq desək, həmin rəqəmlər erməni sosiumunda kəskin narazılıq yarada bilər və hakimiyyət bundan çəkinir, hər vəchlə statistikanı gizlətməyə çalışır. Demək olar ki, üç dövlət qurumları – müdafiə nazirliri, istintaq komitəsi və hərbi prokurorluq, əsasən, hərbi əməliyyatlardan kənar baş vermiş ölümlərin saylarını gizlətməklə həm ictimai qiyamın qarşısını almağa cəhd göstərir, həm də bu rəqəmlərin qarşı tərəfə - yəni Azərbaycana aşkar olunmaması üçün necə deyərlər, özünü dağa-daşa çırpır. Lakin buna baxmayaraq, faktlar sızır və məlumdur ki, erməni silahlı qüvvələrində özünüməhvetmə prosesi vüsət alıb.

Əgər nəzərə alsaq ki, müasir informasiya texnologiyaları dövründə yaşayırıq və belə xəbərləri gizlətmək qeyri-mümkündür, bu zaman statistikanın sirr olaraq qalması mümkünlüyü də minimumdur.

Bu arada Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Lena Nazaryan son anda daha ağır vəziyyətlə üzləşməmələri üçün erməni ictimaiyyətinə dəhşətli statistik faktı açıqlayıb – 1994-cü ildən 2016-cı ilin aprelinə qədər Ermənistan ordusunda hərbi əməliyyatlardan kənar 2500-dən çox insan həyatını itirib. Nazaryan bu rəqəmləri müxalifətin hakimiyyəti 44 günlük müharibədəki itkilərin sayını gizlətmələrində ittiham edərkən açıqlayıb.

Yol-nəqliyyat hadisələri, əsgər və zabitlər tərəfindən döyülmə, xəstəliklər, silahla ehtiyatsız davranma, intiharlar!

2500 hərbi qulluqçu hərbi əməliyyatlardan kənar vəziyyətlərdə ölüb. Bu rəqəm Ermənistan üçün böyükdür. Özü də müharibədən sonrakı dövr üçün sistemli böhranı da buraya əlavə edərsək, onda digər nəticələri də hasil etmək mümkündür.

O cümlədən, axı həmin hərbçilər döyüşlərdə deyil, yol-nəqliyyat hadisələrində, hərbi xidmət zamanı digər əsgər və zabitlər tərəfindən döyülmə nəticələrində, xəstəliklər səbəbindən, silahla ehtiyatsız davranmaya görə, ən nəhayət, intiharlar üzündən həyatlarını itiriblər.

Yeri gəlmişkən, xatırlatmaq olardı ki, 2016-cı ilin aprel döyüşlərində 500-1000 arası erməni hərbçisi məhv edilib. 2020-ci ilin iyulundakı Tovuz hadisələrində isə Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçənlərin 100 nəfəri həyatını itirib.

44 günlük müharibənin nəticələrinə görə isə erməni ordusunun itki sayı daha ağırdır – bir halda ki, Paşinyan 3705 nəfərin həlak olduğunu deyirsə, real rəqəmlər daha dəhşətlidir – 8 min nəfər. Bu rəqəmləri hakimiyyətdən başqa bütün erməni ictimai rəyi etiraf edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə