Cinayət işi ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirilib

Baş prokuror Kamran Əliyev polisi döyən Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanması məsələsinə aydınlıq gətirib. SİA xəbər verir ki, K.Əliyev bildirib ki, hadisə baş verən zaman həmin polis əməkdaşı vəzifə başında olmayıb: “Bilirsiniz ki, həmin vaxt polis əməkdaşı vəzifəsinin icrasında olmayıb, onu zəng edib ora çağırıb, ona görə də 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ) maddənın tətbiqi uyğun deyil. Əgər hadisə polis vəzifə başında olan zaman baş versəydi bu maddənin tətbiqi nəzərdə keçirilə bilərdi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə