Düşmən 16 hərbçisini itirib Azerbaijan Armed Forces

Erməni tərəfi sərhəd yaxınlığına ordu hissələrini və ağır texnikasını toplayır

İyulun 28-i gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvə itirməsi barədə məlumatlar əldə olunmaqdadır. SİA xəbər verir ki, bununla bağlı Azerbaijan Armed Forces müzakirə-informasiya portalı təxmini rəqəmlə çıxış edib. “Azerbaijan Armed Forces-in inzibatçılarında olan məlumatlara görə, gecə saatlarında baş verən döyüşlərdə Ermənistan MN-nin açıqladığı kimi 3 deyil, 16 hərbçisi öldürülüb.

“Mənbələrimizdən bizə daxil olan məlumata görə, erməni tərəfi qarşıdurma zamanı həlak olmuşların cəsədlərini tələsik halda postlardan çıxarırlar. Yuxarı Şorja yaxınlığındakı postda UAZ markalı maşın yaxınlaşıb və hər dəfə oradan 8 nəfər olmaqla məhv edilmiş hərbçilərin cəsədlərini aparıb”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, düşmən sərhəd yaxınlığına ordu hissələrini və ağır texnikasını toplayır. Bütün bunlar isə Rusiyanın atəşkəs təşəbbüsü zamanı baş verir.

“Azərbaycan cavab atəşi açmaq hüququna malikdir”, deyə məlumatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə