"Görüşün burada keçirilməsi çox sevindiricidir" - Mustafa Şentop

"Görüşün burada keçirilməsi çox sevindiricidir" - Mustafa Şentop

"Bu gün bu formatda bu görüşün burada keçirilməsi çox sevindiricidir. İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq". SİA-nın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, burada Bakı bəyannaməsi imzalanacaq. Bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsi öz töhfəsini verəcək. üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu bəyanat mühüm rol oynayır.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə